Vəkil
Məmmədov A. İlham hüquq sahəsində 41 illik təcrübəyə malikdir. 1984-1994-cü illərdə müxtəlif vəzifələrdə, o cümlədən hüquq məsləhətçisi və hüquq şöbəsinin müdiri kimi çalışmışdır. 1994-1997-ci illərdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmuşdur. 1997-ci ildə Bakıdakı 46 saylı Notariat Kontorunda dövlət notariusu təyin edilmişdir. Məmmədov A. İlham 2002-2011-ci illərdə Bakıdakı 5 saylı Notariat Kontorunda baş dövlət notariusu vəzifəsində çalışmışdır. 2011-2025-ci illərdə xüsusi notarius kimi fəaliyyət göstərmişdir. 2025-ci ilin mart ayında Azərbaycan Vəkillər Kollegiyasına bərpa edilmişdir. Onun fəaliyyət sahələri mülki hüquq, vərəsəlik hüququ, nikah və ailə hüququ, daşınar və daşınmaz əmlakın alqı-satqısı, notariat hərəkətləri üzrə yazılı və şifahi məsləhətlərin verilməsi, notariat kontorlarında təmsilçilik və müşayiət etmədir