ƏSAS / Field / Korporativ hüquq

Korporativ hüquq

Korporativ hüquq

Korporativ hüquq üzrə ixtisaslaşmış komandamız biznes fəaliyyətinə yeni başlayan startaplara, eləcə də dünyanın aparıcı şirkətləri və nüfuzlu maliyyə institutları ilə əməkdaşlıq edərək onlara hüquqi müşayiət xidmətləri təqdim edir. Belə şirkətlərin və biznes strukturlarının böyümə, transformasiya və investisiya strategiyalarına hüquqi dəyər qatır. Biz müştərilərimizə birləşmə və satınalmalar, borc alətləri və digər korporativ əməliyyatlar üzrə kompleks hüquqi dəstək təqdim edirik. Əsas məqsədimiz – müştərilərimizi əməliyyatların bütün mərhələlərində hüquqi müşayiət etməklə onlara davamlı və uğurlu nəticələr qazandırmaqdır.

Hərtərəfli xidmət göstərən hüquq firması olaraq, biz korporativ hüququn bütün istiqamətlərində – həm yerli, həm də beynəlxalq müstəvidə – peşəkar hüquqi xidmətlər təqdim edirik. Qlobal baxış bucağımız və yerli hüquqi təcrübəmiz sayəsində müştərilərimiz ən mürəkkəb hüquqi prosesləri belə effektiv şəkildə idarə edə bilir.

Korporativ sahələri dərindən anlamağımız və hüquqi, kommersiya və sənaye biliklərimizin inteqrasiyası komandamızın gücünü təşkil edir. Hüquqşünaslarımız bankçılıq, enerji, səhiyyə, texnologiya, sığorta, və istehsal və kənd təsərrüfatı sahələri də daxil olmaqla, bir sıra əsas sektorlar üzrə ixtisaslaşmışdır. Bu yanaşma hər bir müştəriyə fərdi və müvafiq sektorun xüsusiyyətlərinə uyğunlaşdırılmış hüquqi həllər təqdim etməyə imkan verir.

Bundan əlavə, korporativ əməliyyatlara dəstək göstərən komandalarımızda əqli mülkiyyət, vergi, korporativ idarəetmə, əmək münasibətləri və daşınmaz əmlak hüququ kimi vacib sahələrdə yüksək ixtisaslı mütəxəssislər mövcuddur. Bu çoxistiqamətli yanaşma müştərilərimizin hüquqi ehtiyaclarının hərtərəfli şəkildə qarşılanmasına və onların strateji biznes məqsədlərinə çatmasına imkan yaradır.