Əsas / Partner / Ayla N. Bəkirzadə

Ayla N. Bəkirzadə

Hüquqşünas

Mülki hüquq, əmək hüququ və kargüzarlıq sahəsində ixtisaslaşmışdır. Ayla N. Bəkirzadə hüquqi şəxslərin, nümayəndəliklərin və filialların yaradılması və dövlət qeydiyyatına alınması, müxtəlif orqanlarla danışıqların aparılması, müxtəlif mövzularda hüquqi araşdırmaların aparılması, dövlət və qeyri-dövlət qurumlarında təmsilçilik, məhkəmə proseslərində və digər hüquqi tədbirlərdə vəkilin müşayiət edilməsi, kargüzarlığın aparılması, hüquqi audit, müxtəlif hüquqi sənədlərin (iddia ərizəsi, şikayət, vəsatət və s.) hazırlanması sahəsində təcrübəyə malikdir. Hüquq karyerasına 2020-ci ildən yerli hüquq şirkətlərində hüquqşünas olaraq başlamışdır, 2022-ci ildən isə HGNS Counselor Hüquq Firmasında fəaliyyət göstərir.