Vəkil
Mülki,əmək, korporativ, neft və qaz, cinayət və dövlət satınalmaları hüququ sahələrində mürəkkəb hüquqi məsələləri həll etmə bacarığına sahib Anar V. Asadov 12 ildən artıq peşəkar təcrübəyə malikdir. Onun təcrübəsi müqavilələrin və digər hüquqi sənədlərin tərtib edilməsi, şəxslər arasında razılıq əldə edilməsi üçün danışıqlar aparılması, normativ tələblərə uyğunluq, mübahisələrin həlli, hüquqi tərcümə, hüquqi araşdırma və qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsini ehtiva edir.
O, əmək fəaliyyətinə biznesə məsləhət şirkətində başlamış və indiyədək müxtəlif vəzifələrdə, o cümlədən dövlət orqanında məsləhətçi və hüquqşünas, müstəntiq, quruda neft və qaz hasilatı ilə məşğul olan şirkətdə hüquq şöbəsinin rəis müavini vəzifələrində çalışmışdır. Cənab Asadov Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən fərqlənmə diplomu ilə bakalavr və magistr dərəcələrinə sahibdir. O, 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.